Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti
(“Azəryaşlandşaft” ASC)
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2868 saylı Sərəncamı ilə təsis edilmişdir.
Cəmiyyətin əsas məqsədi: Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində xidmətlər göstərən yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, müvafiq infrastrukturların inkişafı ilə bağlı digər işlərin, o cümlədən landşaft quruluşu işlərinin yerinə yetirilməsinin təmin edilməsi.
Cəmiyyətin fəaliyyət istiqaməti: qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının mühafizə zolaqlarından kənarda yerli bitmə şəraitinə uyğun və introduksiya olunmuş ağac və kol bitkilərindən istifadə etməklə yaşıllıqların salınması, becərilməsi, bərpası və artırılması, salınmış yaşıllıqların mühafizəsi.
Cəmiyyətin ümumi işçilərinin sayı: 1059 nəfər
Cəmiyyətin 01.05.2018-ci il tarixi vəziyyətinə xidməti ərazisi: 4443
Becərilən ağacların sayı: 5439580 ədəd
Son inventarlaşmaya əsasən bitiş faizi: 98%
Yaşıllıqların suvarılması ən müasir damcılı suvarma sistemləri vasitəsi ilə həyata keçirilir.
2008-2017-ci illərdə 16 layihə işlənmişdir. Bu illər ərzində Yaşıllaşdırma İdarələrinin sayı 3-dən 9-a çatdırılmışdır ki, bu da layihələr və layihələrdən kənar ərazilərdə salınmış yaşıllıqların becərilməsi, mühafizəsi və qorunması işini daha operativ həyata keçirilməsini təmin etmişdir.
Son illər ərzində 2098 hektar sahədə zeytun bağları salınmışdır ki, (1309453 ədəd) bunun da 1300 hektarında (951981 ədəd) zeytun ağacları kompakt, qalan ərazilərdə isə qarışıq şəkildə əkilmişdir. Bununla da ölkədə zeytun əkinlərinin sahəsi 3 dəfədən çox artaraq 3000 hektara çatmışdır.
|